State anthem of the Azerbaijan SSR

1978–1992 version

1. Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Chorus:
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

2. Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.

Chorus

3. Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,
Qoy var olsun bu ittifaq – şanlı Sovet Vətənimiz!

Chorus

1944–1978 version

1. Azərbaycan – dünya görmüş bu şərəfli, şanlı diyar,
Vətən eşqi babalardan qalmış əziz bir yadigar.
Qanlı döyüş meydanında biz yaratdıq ağ günləri –
Nəsillərdən-nəsillərə yurdumuzun şöhrəti var.

Chorus:
Qoy var olsun Azərbaycan, odlar yurdu – ana vətən
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən…
⸢Bayrağımız-sosializmin qardaş ellər dünyasıdır,⸣*
yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.

2. Ustadımız böyük Lenin – şanlı zəfər bayrağımız,
Rəhbərimiz Stalindir – bizim həyat növrağımız.
Gözəl Bakı! Qüdrətindən ilham alır Azərbaycan –
Azad elli, azad günlü doğma Sovet torpağımız.

Chorus

3. Qardaşımız rus xalqıdır azadlığın bayraqdarı,
Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı,
yer üzünün şöhrətidir şanlı Sovet torpağımız –
Bu torpaqda çiçək açdı insanlığın ilk baharı…

Chorus

* After the 2nd verse: Bizim torpaq insanlığın bir səadət ocağıdır, after the 3rd verse: Alqış bizim azad zəhmət, azad vicdan dünyasına!.

‹ back to Europe